Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin (CDENF) plenar sessiyası keçirildi
Paylaş:
16-17 sentyabr 2021-ci il tarixlərində Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin (CDENF) üzv ölkələrdən ibarət ekspertlərinin iştirakı ilə “Miqrasiya prosesində uşaqlar” mövzusunda video konfrans formatında plenar sessiyalar keçirilib.
Plenar sessiyalarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Raidə Əmirbəyova iştirak edib.
Miqrasiya prosesində uşaqların müdafiəsinin effektivliyinin təmin edilməsi, təhlükəsizliyinin qorunması və gücləndirilməsi, işin effektiv idarə olunmasının təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması və nəzarət tədbirlərinin görülməsi kimi məsələlər görüşlər zamanı müzakirə olunub.
Həmçinin “Avropa Şurasının Miqrasiya kontekstində həssas vəziyyətdə olan şəxslərin hüquqlarının qorunmasına dair” Fəaliyyət Planı (2021-2025-ci illər) çərçivəsində Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinə aid olan öhdəliklərin müzakirəsi keçirilib.
Qeyd edək ki, görüşdən əvvəl Avropa Şurasının üzvü olan ölkələr tərəfindən miqrasiyada olan uşaqların hüquqlarını əhatə edən konkret sahələr üzrə daha çox diqqət yetirilməli olan məsələlərlə bağlı ölkələrin təklifləri və bu sahədə atılan addımları əhatə edən məlumatlar Avropa Şurasının müvafiq Komitəsinə təqdim edilib.