Dövlət Komitəsinin könüllüləri gender əsaslı zorakılığa dair təlimlərdə iştirak ediblər
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Qadın üçün" təşəbbüs qrupunun əməkdaşlığı çərçivəsində Komitə könüllülərinin iştirakı ilə 4 günlük təlimlər keçirilib.
Təlimlərdə gender eksperti Səadət Abdullazadə “Gender Əsaslı Zorakılıq Nədir?" və hüquqşünas Vəfa Rüstəm "Gender əsaslı zorakılığa qarşı hüquqi mübarizə necə aparılmalıdır?" mövzuları üzrə təqdimat ediblər. Təlimçilər zorakılığın növləri, o cümlədən məişət və gender əsaslı zorakılığın səbəb və nəticələri, mübarizə yolları barədə iştirakçılara məlumat verib. Erkən nikah, selektiv abort problemləri müzakirə edilib, şikayətlərin, ərizələrin (o cümlədən iddia, mühafizə orderlərinin verilməsinə dair) yazılış qaydaları, müxtəlif situasiya nümunələri və onların ilkin həlli yolları könüllülərə izah edilərək interaktiv qup işləri aparılıb.
Təlimlər zamanı mövzular üzrə könüllüləri maraqlandıran suallar cavablandırılıb.