1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti tədbir Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsi ilə birgə hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində tədbirlər təşkil edir.
Tədbirlər çərçivəsində tərbiyə müəssisəsində uşaqların cəmiyyətə inteqrasiyası, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, onlarda bədii qiraətə və idmana marağın artırılması, intellektual inkişafı, uşaqların fiziki inkişafının və sağlam həyat tərzinin formalaşdırılması, onların valideynləri ilə görüşlərinin keçirilməsi, ehtiyaclarının öyrənilməsi və maarifləndirilməsi istiqamətində işlər aparılır.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq hazırki pandemiya vəziyyəti də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan yeniyetmələrə Dövlət Komitəsi tərəfindən idman ləvazimatları və stolustü oyunlar təqdim edilib.