“Azərbaycan Şəkərli Diabet Liqası”nın şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün “QALA” Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunmuşdur

10 may 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, milli azlıqların nümayəndələri,  qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərə alınır. Bu il  20 may – 1 iyun tarixlərində keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 26 may 2014-cü il tarixində “Azərbaycan  Şəkərli Diabet Liqası”nın şəkərli diabet  xəstəliyindən əziyyət çəkən uşaqları üçün “QALA” Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil  olunmuşdur. Ekskursiyanın təşkilində məqsəd şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların asudə vaxtının səmərəli təşkili, həmçinin uşaqları “QALA” Dövlət Tarix Etnoqrafiya Qoruğu ilə tanış etmək, Azərbaycan tarixinin qədimliyini, zənginliyini onlara göstərmək  idi.  Ekskursiyanin sonunda uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət tərəfindən müxtəlif  hədiyyələr  təqdim edilmiş və lanç təşkil olunmuşdur.