Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 15 mart 2021-ci il tarixində Qadın Resurs Mərkəzinin açılışında iştirak etmək üçün Göyçay rayonuna səfəri çərçivəsində körpələr evi-uşaq bağçalarını da ziyarət edib
Paylaş:
O, rayonun müvafiq dövlət orqanları nümayəndələrinin də iştirakı ilə uşaq müəssisələrində çalışan kollektivin üzvləri ilə görüşüb. Söhbət zamanı vurğulanıb ki, son bir necə ildə Heydər Əliyev Fondunun Göyçay rayonunda inşa etdirərək uşaqların ixtiyarına verilən uşaq müəssisələrində təminat, iş və təlim-tərbiyə prosesi, eləcə də qidalanma və sağlamlıq üçün yaradılan şərait ən yüksək standartlara cavab verir.
Koronavirus pandemiyası ilə əlaqədar müəyyən edilmış tələblərə tam uyğun şəkildə müəssisələrə baxış zamanı məlum olub ki, məhdudiyyətlərlə bağlı çətinliklərə baxmayaraq körpələr evi-uşaq bağçaları öz fəaliyyətini davam etdirir.
Vaxtında və hərtərəfli görülən tədbirlər sayəsində virusa yoluxma xeyli azalıb. Və işləyən valideynlər bu müəssisələrin xidmətindən aktiv şəkildə istifadə etməkdədirlər.
Daha sonra bu sahədə yerli dövlət orqanları və Dövlət Komitəsinin birgə fəaliyyətinin müxtəlif istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.