Göyçayda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb

15 mart 2021

Paylaş:

15 mart 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Göyçay Rayon İcra Hakimiyyəti və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələrinin iştirakı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, Mərkəz Dövlət Komitəsi və GİZ-in dəstəyi ilə 2020-ci ilin sentyabr ayından etibarən həyata keçirilən “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro-sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və Qadın Resurs Mərkəzinin yaradılması” layihəsi çərçivəsində yaradılıb.

Dövlət Komitəsinin sədri Bahar Muradova, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə, GİZ Azərbaycan üzrə direktoru Karin Hoerhan Mərkəzin açılışını həyata keçirərək tədbir iştirakçılarını təbrik ediblər.

Görüş zamanı layihədən bəhrələnən Aysel Fətullayeva,  Nərgiz  Səmədova və  Aynur Əsgərova onlara göstərilən dəstək sayəsində əldə etdikləri uğurlardan, gələcəkdə bizneslərini inkişaf etdirə biləcəklərindən və bu nəticələrin başqa qadınların da fəaliyyətinə stimul olacağından bəhs ediblər.

Açılış tədbirinin sonunda layihə çərçivəsində yaradılmış sahibkarlıq subyektlərinə baxış keçirilib.

Bundan əlavə, tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsini yad ediblər və Komitənin 2021-ci il üçün iş planına əsasən  Göyçay rayonundan olan 162 ailəyə (şəhid, qazi, aztəminatlı ailələrə və tənha qadınlara) bayram sovqatları çatdırılıb.