Vətən müharibəsi qazisi ilə görüş keçirilib

8 fevral 2021

Paylaş:

08 fevral 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Vətən Müharibəsi qazisi ilə görüş keçirilib.

Görüşdə Qəbələ UADM-in sosial iş üzrə mütəxəssisləri və Qarabağ qazisi  Artileriya rəisinin Baş köməkçisi Kapitan Paşayev Müşviq Həbib oğlu  iştirak edib.

Görüş zamanı Qəbələ UADM-in əməkdaşları döyüşlərdə göstərdiyi  qəhrəmanlığa görə  qaziyə öz ürək sözlərini bildirib, onun qayğıları ilə maraqlanıblar.

Suqovuşan, Talış, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edərək Vətən müharibəsində yüksək peşəkarlıq göstərən qazi M. Paşayev döyüş xatirələrindən söhbət açıb, ona göstərilən diqqət  və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. O, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub.