Vətən müharibəsi qazisi ilə görüş keçirilib
Поделиться:
08 fevral 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Vətən Müharibəsi qazisi ilə görüş keçirilib.
Görüşdə Qəbələ UADM-in sosial iş üzrə mütəxəssisləri və Qarabağ qazisi Artileriya rəisinin Baş köməkçisi Kapitan Paşayev Müşviq Həbib oğlu iştirak edib.
Görüş zamanı Qəbələ UADM-in əməkdaşları döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə qaziyə öz ürək sözlərini bildirib, onun qayğıları ilə maraqlanıblar.
Suqovuşan, Talış, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edərək Vətən müharibəsində yüksək peşəkarlıq göstərən qazi M. Paşayev döyüş xatirələrindən söhbət açıb, ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. O, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub.