Şəhid və qazi ailələrinə dəstək işi davam etdirilir

12 yanvar 2021

Paylaş:

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid və qazi olmuş ailələrə yardım işinin aparılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətini davam etdirir.

Komitə tabeliyində olan Zaqatala, Göygöl və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərdikləri ərazidə  şəhid ailələri və qazilər ilə mütəmadi olaraq görüşərək onların problemləri ilə maraqlanır və çətinliklərini araşdırmaqdadırlar. Mərkəzlərin psixoloq və sosial işçiləri hər bir ailə üzvü ilə fərdi qaydada söhbət apararaq onların psixo-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirilər.

Zərərçəkmiş ailələrə  ərzaq yardımları edilmiş, bundan əlavə onların ailə üzvlərinin səhiyyə və müxtəlif sosial təminat problemlərinin həlli istiqamətində dəstək göstərilməkdədir.