Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür

23 avqust 2020

Paylaş:

1993-cü il avqustun 23-ü Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Füzuli və Cəbrayıl rayonlarından 1 460-dan çox şəhid, 1 741 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. 
Füzuli rayonundan 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri valideynsiz qalmış, 11 uşaq həlak olmuş, 1 uşaq itkin düşmüşdür. Cəbrayıl rayonundan 13 uşaq həlak olmuş, 7 uşaq hər iki valideynini itirmiş, 3 uşaq itkin və girov düşmüşdür.
 
Erməni təcavüzü nəticəsində həlak olan soydaşlarımıza, o cümlədən iyul hadisələrində qəhrəmancasına şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyirik. Yurd-yuvasından didərgin düşmüş ailələrimizin tezliklə doğma torpaqlarımıza qayıtmasını, sülhün və əmin-amanlığın bərqərar olmasını arzulayırıq.