Uşaq və Ailələrə Dəstək Mərkəzləri, “Ailəm” və “Asan Könüllüləri pandemiya dövründə həssas təbəqədən olan insanlara qayğısını davam etdirir

24 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Asan Könüllüləri" təşkilatı  Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə birlik nümayiş etdirərək Komitənin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri və “Ailəm” könüllüləri ilə birgə aztəminatlı, evdən çıxmaq imkanı mәhdud tәnha, ahıl və yataq xəstəsi olan şəxslərə yardım göstərmək istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Bu məqsədlə 2020 -ci ilin  İyun, İyul aylarında iki yüz yetmiş doqquz   aztəminatlı ailəyə,tənha yaşayan ahıl şəxslərə ərzaq və digər ehtiyacları əhatə edən yardım bağlamaları paylanılıb. Onlarla keçirilən görüş zamanı Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasında vacib olan şəxsi gigiyena qaydalarına əməl etmələri tövsiyyə edilib.

Həmçinin cari ilin aprel ayından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən start verilən “Ailə Könüllüləri” layihəsi çərçivəsində  iyun-iyul aylarında "Ailədən- ailəyə" layihəsi çərçivəsində daha qırx iki  ailə tərəfindən yüz  altı  ailəyə xüsusən ərzaq və geyim ehtiyacları daxil olmaqla yardımlar göstərilib.