“Valideyn qayğısı–uşaqların təhlükəsizliyi” mövzusunda onlayn görüş keçirildi

14 iyul 2020

Paylaş:

14 iyul 2020-ci il tarixində Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Valideyn qayğısıuşaqların təhlükəsizliyi” mövzusunda onlayn görüş keçirilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Vəfa Ağayeva, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Məhbubə Mustafayeva və həmin idarənin əməkdaşı Vüsalə Zahirovavə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova iştirak edib.

Komitənin şöbə müdiri Cəmilə Bağırova valideyn diqqətsizliyi və məsuliyyətsizliyi nəticəsində baş verən hadisələrdən danışaraq valideynlərə daim öz uşaqlarına qarşı məsuliyyətli və qayğılı olmalarına dair çağırışlar edib, həmçinin bu istiqamətdə Komitə tərəfindən həyata keçirilən tədbirləri qeyd edib. DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov öz çıxışında Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi ilə bağlı son illərdə görülən işlər, təxirəsalınmaz tədbirlər haqqında danışıb.

Çıxış edən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva və əməkdaşı Vüsalə Zahirova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova valideyn-uşaq münasibətləri, valideynlərin uşaqlarının qayğısına qalmağının önəmini, bu istiqamətdə həyata keçirilən hərtərəfli tədbirləri və qanunvericilik aktlarında nəzərdə tutulan müddəları diqqətə çatdırıblar.

Görüşün yekununda iştirakçılar bu istiqamətdə effektiv nəticələrin əldə olunması məqsədilə birgə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.