“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” mövzusunda onlayn ixtisasartırma kursu çərçivəsində təlimlər keçirildi
Paylaş:
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” mövzusunda onlayn ixtisasartırma kursu keçirilib.
İyunun 16-dan 19-dək davam edən onlayn kursa yerli özünüidarəetmə orqanlarından 25 nəfər bələdiyyə sədr və müavinləri cəlb olunub. Kursun təşkilində əsas məqsəd “Qlobal fövqəladə şəraitdə innovativ dövlət idarəçiliyi texnologiyaları: Azərbaycanın təcrübəsi”, “Dövlət qadın siyasəti və yerli özünüidarəetmədə gender bərabərliyi”, “Bələdiyyələrin təşkilati fəaliyyətinin əsas aspektləri”, “Pandemiya dövrünün gender aspektləri: beynəlxalq və milli təcrübə”, “Bələdiyyələrin hüquqlarının müdafiəsi istiqamətində assosiasiyaların rolu” və sair problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması olub.
Onlayn ixtisasartırma kursunda Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və sədr müavini Sədaqət Qəhrəmanova, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov, DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova mühazirələrlə çıxış ediblər.