Hicran Hüseynova BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb

5 mart 2020

Paylaş:

Alessandro Frakassetti Hicran Hüseynovanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Görüş zamanı Alessandro Frakassetti BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlığa görə öz minnətdarlığını ifadə edib, əməkdaşlıq çərçivəsində görülmüş işlərin əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, hazırda fəaliyyət göstərən Qadın Resurs mərkəzləri ölkəmizdə qadınlar üçün sosial-iqtisadi imkanların təmin edilməsi, eləcə də  onların cəmiyyətin aparıcı qüvvələrinə inteqrasiya olunmasında mühüm rol oynayır.