Hicran Hüseynova BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb
Поделиться:
Alessandro Frakassetti Hicran Hüseynovanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Görüş zamanı Alessandro Frakassetti BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlığa görə öz minnətdarlığını ifadə edib, əməkdaşlıq çərçivəsində görülmüş işlərin əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, hazırda fəaliyyət göstərən Qadın Resurs mərkəzləri ölkəmizdə qadınlar üçün sosial-iqtisadi imkanların təmin edilməsi, eləcə də onların cəmiyyətin aparıcı qüvvələrinə inteqrasiya olunmasında mühüm rol oynayır.