“Gənclər və ailə - ənənə və müasir baxış” mövzusunda gənclərlə görüş keçiriləcək.
Paylaş:
Dövlət ailə siyasətinin dəstəklənməsi, milli–mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailə institutunun təbliği məqsədilə 7 fevral 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Gənclər və ailə - ənənə və müasir baxış” mövzusunda gənclərlə görüşün keçirilməsi nəzərdə tutulur.
Görüş saat 11.00-da Yeni Azərbaycan Partiyasının yeni inzibati binasında keçiriləcək.