“Gənclər və ailə - ənənə və müasir baxış” mövzusunda gənclərlə görüş keçiriləcək.

5 февраля 2019

Поделиться:

Dövlət ailə siyasətinin dəstəklənməsi, milli–mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailə institutunun təbliği məqsədilə 7  fevral 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli Məclisin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə  “Gənclər və ailə - ənənə və müasir baxış” mövzusunda gənclərlə görüşün keçirilməsi nəzərdə tutulur.

Görüş saat 11.00-da Yeni Azərbaycan Partiyasının yeni inzibati binasında keçiriləcək.