“Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasında tədbir keçiriləcəkdir

13 noyabr 2018

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə kitabxanaya” layihəsinə start verilib.

Kitabların və kitabxanaların ailənin bir məkanda birləşməsində aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini nəzərə alaraq, kitabxanaların nəzdində “Ailə Klub”larının yaradılması nəzərdə tutulur.

Bu məqsədlə 15 noyabr 2018-ci il tarixində saat 16:00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcəkdir.

Tədbirin əhəmiyyətini nəzərə alaraq, daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.