“Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir
Paylaş:
Bakı Fond Birjasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” İnvestisiya şirkətinin dəstəyi ilə “Müasir Azərbaycan“ mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsinə start verilmişdir.
Bakı Fond Birjasının sosial məsuliyyətlilik layihəsi çərçivəsində keçirilən sərginin məqsədi istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcədə, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir.
Müsabiqəyə daxil olan rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndiriləcəkdir. Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.
Müsabiqənin sonunda seçilmiş əsərlərdən ibarət sərgi təşkil olunması nəzərdə tutulur.
Müsabiqədə iştirak üçün tələb olunur:
- Müsabiqəyə təqdim edilən əsərlərin orijinal nüsxəsi
- Müəllifin 2 ədəd 3x4 ölçüdə fotoşəkli
- Müəllifin şəxsiyyət vəsiqəsinin surəti
Müsabiqədə iştirak üçün namizədlərin qeydiyyatı və əsərlərin qəbulu 10 sentyabr 2018-ci il tarixindən 31 oktyabr 2018-ci il tarixinədək həyata keçirilir.
Təqdim olunacaq əsərlər:
- Rəsm və rəngkarlıq sahəsinə aid olmalıdır
- Əsərlərin ölçüləri 70x50 sm qədər olmalıdır
- Mənzərənin mövcud janr qruplarında işlənməlidir (marina, veduta və s.)
- Əsərlər kağız, karton, kətan üzərində işlənməlidir
- Əsərlərin işlənmə texnikaları sərbəstdir (sulu boya, yağlı boya, quaş, qarışıq texnika və s.)
- Əsərlər səliqəli işlənməlidir
- Əsərlər müvafiq çərçivələrdə təqdim olunmalıdır
Qaliblərin mükafatlandırılması:
1-ci yer 1000 AZN
2-ci yer 700 AZN
3-cü yer 300 AZN
Əsərlərin qəbulu həftəiçi saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir:
Bakı ş., Xətai r., Babək pr, Ə.Quliyev 11/31, Babək Plaza, Blok B, 15-ci mərtəbə, AZ 1025
Əlaqə: E-mail: info@bse.az, Telefon: (+994 12) 488-05-80 (dax: 127), (050) 228-16-13