“Kənd və rayon qadınlarının iqtisadi və sosial həyatda iştirakının təşviqi” adlı birgə layihəsinin Neftçala və Salyan rayonlarında icraatına baxış məqsədilə səfər təşkil olunmuşdur
Paylaş:
16 dekabr 2016-cı il tarixdə Salyan və Neftçala rayonlarında BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin iştirakı ilə ”Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı: Layihənin Nəticələrinə Baxış” mövzusunda görüşlər keçirilib.
Bildirilib ki, kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində Salyan rayonunda qadınlar üçün 5 yeni sahibkarlıq obyekti yaradılıb. Salyan rayonunun Yenikənd kəndində Dərzi sexi, Yenikənd-Şəkərli kəndində şirniyyat sexi, Yenikənd-Həsənli kəndində Gözəllik salonu Plasmas qəsəbəsində Qadın Fitnes Mərkəzi, Salyan rayonunun mərkəzində Kompüter Mərkəzi açılıb. Görüşlərdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin İnkişaf Fondunun Azərbaycandakı Rezident Nümayəndəsinin müavini Alessandra Frakassetti, layihə rəhbəri Nadir Quluzadə çıxış etmiş, öz təklif və tövsiyyələrini bildiriblər.
Neftçala rayonunda Heydər Əliyev Mərkəzində Qadın Resurs Mərkəzinin üzvlərinin iştirakı ilə layihənin nəticələri təqdim olunub. Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, BMT-nin Azərbaycan üzrə Rezident Nümayəndəsinin müavini Alessandro Frakasseti və Neftçala rayon icra hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova, Resurs Mərkəzinin nümayəndələri çıxış etdilər. Layihədən yararlanan qadınlara sertifikatlar təqdim edilib.
Daha sonra Qadın Resurs Mərkəzinin iş şəraiti ilə tanış olunub. Mərkəzdə rayonda fəaliyyət göstərən,kiçik bizneslə məşğul olan qadınların hazırladıqları məhsulların nümayişi təşkil edilib.
Tədbirin sonunda Qadın Resurs Mərkəzlərinin rəhbərləri və digər ictimaiyyət nümayəndələri ilə müzakirələr aparılıb. Onların tələb və təklifləri nəzərə alınaraq, Komitə rəhbərliyi, digər qonaqlar tərəfindən bəzi tövsiyyələr verilib. Qadın Resurs Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulanıb.