“Kənd və rayon qadınlarının iqtisadi və sosial həyatda iştirakının təşviqi” adlı birgə layihəsinin Neftçala və Salyan rayonlarında icraatına baxış məqsədilə səfər təşkil olunmuşdur

18 декабря 2016

Поделиться:

16 dekabr 2016-cı il tarixdə Salyan və  Neftçala rayonlarında  BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin, Avropa  İttifaqının Azərbaycan üzrə  nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət  Komitəsinin və rayon  icra hakimiyyətlərinin  iştirakı ilə ”Kənd və rayon  yerlərində  yaşayan  qadınların  iqtisadi və  sosial  həyatda iştirakının  təşviqatı: Layihənin Nəticələrinə  Baxış” mövzusunda  görüşlər  keçirilib.

Bildirilib ki, kənd və rayon  yerlərində yaşayan  qadınların iqtisadi və  sosial həyatda  iştirakının  təşviqatı” texniki  yardım  layihəsi  çərçivəsində Salyan  rayonunda qadınlar üçün 5  yeni  sahibkarlıq  obyekti  yaradılıb. Salyan  rayonunun  Yenikənd  kəndində Dərzi sexi, Yenikənd-Şəkərli  kəndində  şirniyyat  sexi, Yenikənd-Həsənli  kəndində  Gözəllik  salonu Plasmas qəsəbəsində Qadın Fitnes Mərkəzi, Salyan rayonunun mərkəzində Kompüter Mərkəzi açılıb. Görüşlərdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədr müavini  Sədaqət Qəhrəmanova, BMT-nin  İnkişaf  Fondunun Azərbaycandakı Rezident Nümayəndəsinin müavini Alessandra Frakassetti, layihə rəhbəri Nadir Quluzadə  çıxış  etmiş, öz  təklif və tövsiyyələrini  bildiriblər.

Neftçala rayonunda Heydər Əliyev Mərkəzində Qadın Resurs Mərkəzinin üzvlərinin iştirakı ilə layihənin nəticələri təqdim olunub. Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, BMT-nin Azərbaycan üzrə Rezident Nümayəndəsinin müavini Alessandro Frakasseti və Neftçala  rayon  icra hakimiyyətinin  başçısının müavini  Gültəkin Sadıqova, Resurs Mərkəzinin nümayəndələri çıxış etdilər. Layihədən yararlanan qadınlara sertifikatlar təqdim edilib.

Daha sonra Qadın Resurs Mərkəzinin iş şəraiti ilə tanış olunub. Mərkəzdə rayonda fəaliyyət göstərən,kiçik bizneslə məşğul olan qadınların hazırladıqları məhsulların nümayişi təşkil edilib.

Tədbirin  sonunda  Qadın Resurs Mərkəzlərinin rəhbərləri və digər ictimaiyyət nümayəndələri  ilə müzakirələr aparılıb. Onların tələb və təklifləri nəzərə alınaraq, Komitə rəhbərliyi, digər qonaqlar tərəfindən bəzi tövsiyyələr verilib. Qadın  Resurs  Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulanıb.