“Mən vətənpərvərəm” adlı rayon səviyyəli yürüyüş

31 may 2018

Paylaş:

         Mayın 25-də Ailə, Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin  nəzdində  fəaliyyət  göstərən Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzi, Göygöl rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, 6 saylı məktəbin müəllim və şagird kollektivi ilə birgə  Azərbaycan  Xalq  Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Göygöl rayon 6 saylı məktəbin qarşısından Bayraq Meydanına  “Mən vətənpərvərəm” adlı rayon səviyyəli yürüyüş keçirilmişdir.

Yürüyüş  iştirakçıları  vətənpərvərlik  mahnıları  və  şüarları  söyləyərək  Bayraq Meydanına  doğru  irəlilədilər. Yürüyüşü  tam  başa  çatdırdıqdan  sonra  bayrağın ətrafında  toplanaraq  Azərbaycan  Demoktarik  Respublikasının  yaranması  və fəaliyyəti  haqqında  söhbət  aparıldı və müasir Azərbaycan Respublikasının yaranmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu barədə məlumat verildi. Sonda yürüyüş  iştirakçıları  tərəfindən   Azərbaycan  himni  ifa   edildi.