“Mən vətənpərvərəm” adlı rayon səviyyəli yürüyüş
Share:
Mayın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi, Göygöl rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, 6 saylı məktəbin müəllim və şagird kollektivi ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Göygöl rayon 6 saylı məktəbin qarşısından Bayraq Meydanına “Mən vətənpərvərəm” adlı rayon səviyyəli yürüyüş keçirilmişdir.
Yürüyüş iştirakçıları vətənpərvərlik mahnıları və şüarları söyləyərək Bayraq Meydanına doğru irəlilədilər. Yürüyüşü tam başa çatdırdıqdan sonra bayrağın ətrafında toplanaraq Azərbaycan Demoktarik Respublikasının yaranması və fəaliyyəti haqqında söhbət aparıldı və müasir Azərbaycan Respublikasının yaranmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu barədə məlumat verildi. Sonda yürüyüş iştirakçıları tərəfindən Azərbaycan himni ifa edildi.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan