“Narkotiklər, yoxsa həyat” mövzusunda tədbir keçirilib

26 oktyabr 2015

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə birgə 26 oktyabr 2015-ci il tarixində Səbail rayonu ərazisində yerləşən 6 nömrəli məktəb-liseyində təhsil alan məktəblilərlə “Narkotiklər yoxsa həyat” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova açaraq bügün aktual olan narkomaniya probleminin müzakirəsinin əhəmiyyətini qeyd edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət tərəfindən görülən mühüm addımları, həmçinin uşaq siyasətinin dövlətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib, respublikamızda uşaqların asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitin əhəmiyyətindən danışıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin əməkdaşı Elnur Əlizadə çıxış edərək, narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açıblar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün böyük təhlükə olduğunu bildiriblər.

Çıxışçılar narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamısının zəruriliyi diqqətə çatdırılıb. Narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin, Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun prezidenti Rauf İbrahimov və “Gələcək” Uşaqların İnkişafına Dəstək İB-nin üzvü, “Zəngi” Liseyinin 11-ci sinif şagirdi Heydər Məmmədli çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Tədbir çərçivəsində Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə “Həyatla oyun” adlı sosial səhnəcik nümayiş olunub.

Sonda Komitə tərəfindən hazırlaтmış “Narkotiklər yoxsa, həyat” adlı bukletlər şagirdlər arasında paylanılıb.