“Ailəliklə kitabxanaya” layihəsinə start verilir

13 may 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə start verilir.

Layihənin həyata keçirilməsində əsas məqsəd ailədə mütaliə ənənəsinin təbliği  və gücləndirilməsi, mütaliə vasitəsi ilə ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, bədii, klassik, müasir, elmi-kütləvi ədəbiyyatın gənclər və valideynlər arasında təbliği və eləcə də asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanmasıdır. Layihə çərçivəsində həmçinin ailəvi mütaliə vasitəsi ilə ailə mədəniyyətinin formalaşdırılması məqsədilə ailələri birləşdirən bir məkan olaraq Ailə klubunun təşkili nəzərdə tutulur.

Bu məqsədlə 15 may 2018-ci il saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının binasında 15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” adlı konfrans keçiriləcəkdir.