Uşaq Səfirlər Məclisinin regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” layihəsi uğurla davam edir

10 may 2024 17:08

Paylaş:

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, Uşaq Səfirlər Məclisinin nümayəndələri və fəalları tərəfindən “Yalnız bir dünya” layihəsi icra edilir. Layihə çərçivəsində şəhər və rayonlarda ağacəkmə aksiyaları, təlimlər keçirilib. Ümumilikdə təlim və aksiyalarda 500-ə yaxın uşaq iştirak edib.

Qəbələ, Kürdəmir,  Beyləqan, Gədəbəy, Balakən, Tovuz, Qax, Quba, Şamaxı, Cəlilabad, Zaqatala, İsmayıllı, Zərdab rayonlarının, Sumqayıt, Gəncə, Naftalan, Lənkəran şəhərlərinin, eləcə də Xocalı, Cəbrayıl və Qubadlıdan olan nümayəndə və fəalları ekologiya, iqlim dəyişiklikləri, ekoloji mədəniyyət mövzularında müxtəlif təlim, müsabiqə, debat, iməclik və ağacəkmə aksiyaları həyata keçiriblər.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar digər ərazilərdə də tədbir və təlimlər davam edir.