Türk Dövlətləri Təşkilatının iclası çərçivəsində ekspertlərin görüşü keçirilib

17 may 2024 06:25

Paylaş:

16-17 may 2024-cü il tarixlərində İstanbulda Türk Dövlətləri Təşkilatının sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş birinci iclası keçirilir.

İclas çərçivəsində Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Komitə sədrinin köməkçisi-mətbuat katibi Teymur Məmmədovun iştirakı ilə bu gün ekspertlərin görüşü keçirilib.

12 bənddən ibarət bəyannaməyə daxil edilən məsələlərin müzakirəsi məqsədilə keçirilən görüş zamanı sənədə Türk Dövlətləri Təşkilatının sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar daxil edilib. Eyni zamanda Azərbaycan tərəfindən təklif edilən digər məsələlər də sənəddə öz əksini tapıb.