Regionlarda internet təhlükəsizliyi istiqamətində maarifləndirmə işləri aparılıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Goranboy, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən valideynlərin və uşaqların internetdəki təhlükələr barədə maarifləndirilməsi istiqamətində təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə mərkəzlərin, yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanlarının əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblərin direktorları, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.
Tədbirlərin keçirilməsinin əsas məqsədi valideynlər, müəllimlər və məktəbliləri internet təhlükəsizliyi barədə məlumatlandırmaq və onları düzgün istiqamətləndirməkdir.
Ekspertlər tərəfindən iştirakçılarla sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət edilməsi, çətin və yaddaqalan şifrə yaratmağın yolları və kiber cinayətlə mübarizədə hüquqi aspektlər müzakirə edilib, mövzu ilə əlaqəli təqdimatlar nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialları paylanılıb.