Komitə sədri “UN Women”-in Avropa və Orta Asiya ölkələri üzrə regional direktoru ilə görüşüb
Paylaş:
7 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "BMT-Qadınlar" (UN Women) təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Belen Sanz Luque ilə görüşüb.
Tanışlıq və əməkdaşlıq məqsədilə keçirilən görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi, eləcə də qadınların sülh və təhlükəsizlik sahəsində fəaliyyəti istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi Vladanka Andreeva, "BMT-Qadınlar" təşkilatının Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, eləcə də Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edib.