Dövlət Komitəsi vakansiya elan edir
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan, Hacıqbul, Saatlı, Sabirabad, Zərdab, Ağdam Goranboy, Göygöl, Zaqatala, Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) baş mühasib vəzifəsinə qəbulla əlaqədar müsabiqə elan edir.
Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.
Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 25 noyabr-25 dekabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək.
Qeyd: Baş mühasib vəzifəsinə namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə Peşəkar mühasib sertifikatına malik olmalıdırlar.
Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru
şəh. (+99412) 493-79-62
mob. (+99451) 230-54-87