Dövlət Komitəsi vakansiya elan edir

20 iyun 2024 17:47

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qəbələ, Goranboy, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.

1) Baş mühasib-Qəbələ UADM

2) Psixoloq-Goranboy UADM

3) Fiziki tərbiyə rəhbəri (təlimatçı)-İsmayıllı UADM

Vəzifələr barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.

Vəzifə təlimatları

Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 20 iyun – 19 iyul 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək.

Qeyd: Baş mühasib vəzifəsinə namizədlər müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdır.

Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru

şəh. (+99412) 493-79-62

mob. (+99451) 230-54-87