Media
İnfoqrafikalar
31 yanvar 2023-cü il tarixində Uşaq və Ailələrə Dəstək, eləcə də Qadın və İcma Resurs Mərkəzlərində keçirilən "Açıq qapı" günündə müraciət edən 205 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib
2023-cü ilin yanvar ayı ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 1545 nəfər bəhrələnib
2022-ci il üzrə 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 269 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub (246 psixoloji, 124 fiziki, 44 iqtisadi, 15 cinsi). Şikayət edənlərin 167 nəfəri partnyoru tərəfindən zorakılığa məruz qalıb
2022-ci ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 544 müraciətdən psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.Qeyd edək ki, zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır
2022-ci ildə kütləvi informasiya vasitələrindən 266 sorğu və müraciət daxil olub. Bu müraciətlərdə üstünlük təşkil edən mövzu uşaq hüquqları və iştirakçılığı ilə bağlı olub
2022-ci ildə Komitənin Facebook və İnstagram səhifələrindən 542 müraciət daxil olub. Onlardan 117 müraciət yerində cavablandırılıb, 226-sı qeydiyyata alınaraq, aidiyyəti üzrə icra edilib
2022-ci ildə Dövlət Komitəsinə ümumilikdə 4111 müraciət daxil olub. Müraciətlərdə üstünlük təşkil edən mövzu məhkəmə qərarlarının icrası ilə bağlı olub
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi