“Yay düşərgəsi” adlı tədbir keçirildi
![](https://family.gov.az/store/media/post/NewFolder/20170824_113923.jpg)
Paylaş:
21-25 avqust tarixlərində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Yay düşərgəsi” adlı tədbir keçirmişdir.
5 gün davam edən tədbirdə XQEO uşaqlarla yanaşı, əslən rayondan olub respublikanın müxtəlif şəhərlərində yaşayan, yay tətillərini ata yurdlarında keçirən uşaqlar da iştirak etmişdir. Muzeylərə, rəsm qalereyasına ekskursiyadan əlavə, müxtəlif musiqili-əyləncəli oyunlar, viktorinalar, intellektual yarışmalar da keçirilmişdir.