“İnsan alverinin qurbanı olma” mövzusunda yürüş təşkil olunub
![](https://family.gov.az/store/media/post/25 aprel.jpg)
Paylaş:
Aprelin 25-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma” mövzusunda yürüş təşkil olunub.
Yürüşdə Mərkəzdən bəhrələnənlər, Uşaq və Gənclər klubunun üzvləri, şəhər 1 saylı tam orta məktəbin və Salahlı kənd məktəbinin şagirdləri, Qızıl Aypara Cəmiyyətinin Zərdab bölməsinin əməkdaşları və könüllülər ibarət 50 nəfər iştirak edib.
Yürüş iştirakçıları Dədə Qorqud meydanından başlayaraq, Heydər Əliyev prospekti boyunca hərəkət edib və “İnsan alverinin qurbanı olma”, “İnsan alverinə Son qoyaq” kimi şüarlar səsləndiriblər.