Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində növbəti görüş keçirilib

23 iyul 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində növbəti görüş keçirilib.

24 iyul 2023-cü il tarixində Komitənin müvafiq şöbələrində fəaliyyətini uğurla davam edirən könüllülərlə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayevanın «Sosial işdə professional bacarıqlar“ mövzusunda görüşü kecirilib.

Gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, potensialından səmərəli istifadə etmək məqsədi ilə təşkil olunan könüllülük proqramı çərçivəsində baş tutan görüşdə Ceyran Rəhmətullayeva Azərbaycanda sosial işin yaranması və inkişafı, ölkəmizdə formalaşması, sosial iş və sosial xidmət sahəsində gender bərabərliyinin qorunması ilə bağlı məlumat verib.

Gənclərə ixtisaslarının artırılması və gələcəkdə bu sahədə uğurlu təcrübələrə yiyələnməklə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.