“Dünya Autizm Məlumatlandırma Günü” ilə əlaqədar tədbir keçirilib
Paylaş:
2 aprel 2019-cu il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “02 aprel – Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçılarına Autizm Günü ilə bağlı məlumat verilib. Bildirilib ki, 2 aprel tarixinin BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyada məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi İşıqla İşıqlandır”) layihəsini həyata keçirib. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandıraraq, 2 aprel tarixinin Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.
Daha sonra autizmin əlamətləri, özünü göstərmə şəkli və autistik uşaqlarla davranış qaydaları haqqında danışılıb, mövzu ilə bağlı video material nümayiş etdirilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.