Komitə
İşə qəbul
Füzuli Ailə Mərkəzində psixoloq və baş mühasib vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Füzuli Ailə Mərkəzində psixoloq və baş mühasib vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edir.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 30 sentyabr 2026-cı il tarixinə qədər region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Baş mühasib vəzifəsi üçün müvafiq sahə üzrə ali təhsil, peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə-II səviyyə PMS) tələb olunur.
Müraciət edərkən “mövzu” bölməsində rayonun və iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) azərbaycan dilində tərtib edilməlidir.
Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
İşəqəbul prosesində işğaldan azad edilmiş ərazilərə geri qayıdan şəxslərə üstünlük verilir.
Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru(+99412) 493-79-62
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi