Layihələr

“Zəfərə Aparan İdeya” müsabiqəsi

“Zəfərə Aparan İdeya” müsabiqəsi

5 mart 2024 12:13

Paylaş:

2022-2023–cü illər ərzində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə rayonlarda yaşayan uşaqların fəallığının artırılması məqsədilə Zəfərə Aparan İdeya adlı  layihə müsabiqəsi həyata keçirilir.

2022-ci ilin noyabr ayında Bakı şəhərində  8 Noyabr - Zəfər Günü münasibətilə ilə elan edilmiş  “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Müsabiqə uşaqların şəxsiyyət və vətəndaş kimi formalaşması, vətənpərvərlik və mili-mənəvi dəyərlər ruhunda tərbiyəsi, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, habelə, sərbəst düşünmə və problem həlletmə qabiliyyətinin formalaşdırılması, istedadlı uşaqların cəmiyyətə təqdim edilməsi məqsədini daşıyırdı.

Müsabiqə boyunca uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif mövzular üzrə 358 layihə təqdim olunmuşdur. Final mərhələsində I, II və III yerin qalibləri diplom və hədiyyələr, 7 layihə sahibi isə fəal iştirakına görə diplomla təltif edilmişdir. Azərbaycan Respublikası  üzrə 123 nəfər uşaq iştirak etmişdir. Bakı şəhərində təşkil edilən tədbirin davamı olaraq Zəfərə Aparan İdeya” adlı növbəti layihə müsabiqəsi Lənkəran şəhərində təşkil edilmişdir. Respublika üzrə 14-18 yaş qrupları arasında keçirilən müsabiqə ilə əlaqədar Cənub zonasından, ümumilikdə, 98 uşağın müraciəti qeydə alınmışdır.

Səsvermə yolu ilə 10 ən kreativ layihənin müəllifi qalib elan edilmişdir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif mövzular üzrə təqdim olunmuş layihələrin yekun statistikasına əsasən, ən çox müraciət “Erkən nikahların qarşısının alınması” mövzusu üzrə 29 layihə olmuşdur. Belə ki, “Uşaqların zorakılıqdan və bullinqdən müdafiəsi” mövzusu üzrə 11, “Uşaqların inkişafı” mövzusu üzrə 18, “Uşaqların zərərli informasiyadan mühafizəsi” mövzusu üzrə 9, “Uşaq əməyinin istismarı ilə mübarizə” mövzusu üzrə 3, “Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası” mövzusu üzrə 12, “Təhsildən yayınma hallarının qarşısının alınması” mövzusu üzrə 12, “Küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası” mövzusu üzrə isə 4 layihə təqdim olunmuşdur. Tədbirin sonunda 3 layihə sahibi diplom, planşet və hədiyyələrlə, 5 layihə sahibi kubok, diplom, planşet və hədiyyələrlə təltif edilmiş, iki planşet isə il ərzində öz fəallığı ilə fərqlənən Uşaq Səfirlər Məclisinin balansına təqdim edilmişdir.

Tədbirdə Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayonu və Lənkəran şəhəri üzrə 62 nəfər uşaq iştirak etmişdir.