Layihələr
“Uşaqdan–uşağa”
“Uşaqdan–uşağa”
Paylaş:
2009-2023–cü illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlarda ictimai fəallığın artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, uşaqların iştirak hüququnun təmin olunması, eləcə də onlarda idarəetmə mədəniyyətinin formalaşdırılması məqsədilə, uşaq hüquqlarının uşaqlar vasitəsilə təbliğinin həyata keçirilməsi üçün “Uşaqdan-uşağa Sülh Şəbəkəsinin – Liderlər Məktəbi”nin məzunlarının cəlb olunması ilə Bakı şəhərində yerləşən məktəblərin hər birindən iki nəfər şagird olmaqla uşaq hüquqları üzrə təlimlər keçirilmişdir.
2011-ci il ərzində təlimlərdə 253 məktəbdən 502 şagird uşaq hüquqlarının təbliği üzrə təlimçi kimi hazılanmış və bu təlimləri öz məktəblərində təşkil etmə bacarıqlarına yiyələnmişlər. “Uşaqdan–uşağa” layihəsinin davam etdirilməsi məqsədilə, bu illər ərzində uşaq hüquqları istiqamətində təlimçilik kurslarını keçmiş uşaqlar tərəfindən təhsil aldıqları məktəblərdə “Uşaq Hüquqları Konvensiyası”nın təbliği üzrə təlimlər təşkil edilmişdir.
2020-ci ildə Komitə tərəfindən yaradılan “Uşaq Səfirlər Məclisi” fəaliyyəti ilə “Uşaqdan - uşağa” layihəsi çərçivəsində 2021-2023-cü illər ərzində (“Qızlar müzakirəyə qoşulur”, "Oğlanlar müzakirəyə qoşulur" adlı təlimlər;“Liderlik və təşkilatçılıq bacarıqlarını inkişaf etdirək”, "Narkomaniya ilə mübarizə" mövzusunda interaktiv təlimlər; ”Şuşa - mədəni irsimiz” adlı intellektual yarış;
“Xəyalların sərhədi yoxdur” adlı interaktiv konfrans (AQUPDK, Türkiyədə fəaliyyət göstərən “Hempa Çocuk Derneği”);
“Mənim səsim - mənim hüquqlarım” adlı tədbir (AQUPDK, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və “Regional inkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə);
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Türkiye Gençlik Vakfı”nın üzvləri ilə keçirilən beynəlxalq konrans;
76 şəhər və rayonunu (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Sumqayıt, Yevlax şəhərləri; Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli,Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xocalı, Xocavənd, Xızı, İsmayıllı, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Şabran, Şuşa, Sabirabad, Salyan, Samux, Şamaxı,Şəmkir, Siyəzən, Tərtər, Ucar, Yardımlı, Zaqatala, Zəngilan və Zərdab rayonları) əhatə etməklə, 1399 nəfər istedadlı uşaq, şəhid və qazi övladları, dövlət uşaq müəssisələrində yaşayan, qeyri-millətlərdən olan uşaq, eləcə də Azərbaycan Uşaqlarının I, II, III, IV və V Ümumrespublika Forumlarının fəalları olmaqla uşaq iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir. Dövlət Komitəsinin əməkdaşlarının və Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən keçirilən təlimlərdə dövlət uşaq siyasəti, Komitənin bu istiqamətdə fəaliyyəti, regionlarda usaqların qarşılaşdığı problemlər və həlli yolları ilə bağlı fikir mübadiləsi aparılmış, Uşaq Səfirlər Məclisinin bölgələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışılmış, uşaqlar tərəfindən maraqlı təkliflər səsləndirilmişdir.