Layihələr
“Mənim hüquqlarım” adlı təşviqat avtobusu
“Mənim hüquqlarım” adlı təşviqat avtobusu
Paylaş:
2023-cü ilin iyun-avqust aylarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və interaktiv oyunların keçirilməsi istiqamətində “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində respublikanın Xızı (Altıağac, Şorabad qəsəbələri, Fındığan, Tıxlı, Yeni Yaşma), Zəngilan (Ağalı), Yardımlı (Çayüzü, Avaş, Vərgədüz, Bərcan, Astanlı) və Tərtər (Qazyan, Evoğlu, Xoruzlu, Hüseynli və Talış) rayonlarının ucqar kəndlərinə səfərlər təşkil edilmişdir.
Təlimlər zamanı 384 uşaq iştirak etmişdir. Uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və “JOY” Uşaq İnkişaf Mərkəzinin psixoloq mütəxəssisləri cəlb olunmuşdur.