Layihələr

“Həyatının memarı – Sən özünsən”

“Həyatının memarı – Sən özünsən”

12 mart 2024 10:08

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşların maarifləndirilməsi, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədilə “Həyatının memarı – Sən özünsən” adlı layihə keçirilir. Layihə çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Səhiyyə Nazirliyi və Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhərində və bölgələrdə yerləşən ali, peşə və ümumi təhsil müəssisələrində, eləcədəŞirvan Şəhər İH-nin dəstəyi ilə şəhərdə yerləşən “Gənclər Evi”ndə ekspertlərin iştirakilə görüşlər keçirilib. Ümumilikdə 2022-2025 illərdə keçirilən 27 tədbirdə 3505 nəfər iştirak edib. 

 Keçid linki: 

“Həyatının memarı-Sən özünsən”