“Güclü Cəmiyyətin Zərif Simaları”
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.
Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır. Eyni zamanda layihə qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməklə qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacaqdır.
Layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlər keçirilmişdir. Görüşlər 2024-cü il ərzində Gəncə, Şəki, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Zaqatala, Qax, Masallı, Quba, Xaçmaz rayonlarında, 2025-ci ildə İmişli, Ucar, Göyçay, Saatlı, Şamaxı rayonlarında keçirilmişdir.
Ümumilikdə 2024-2025-ci illərdəgörüşlərə 3500 nəfər gənc qız və qadın cəlb olunmuşdur.
Layihə 2026-cı ildə Xankəndi şəhərində, Qazax, İsmayıllı, Lənkəran, Oğuz rayonlarında davam etdiriləcəkdir.
Keçid linki:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi