“Aİlə saatı” layihəsi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türkiyə Respublikasından dəvət olunmuş nağılçıların iştirakı ilə 2023-cü ilin 21-23 iyun tarixlərində Bakı şəhəri Xətai rayonu Heydər Əliyev parkında “Göydən üç alma düşdü ”adlı nağıl günləri təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi