Layihələr

"Ailə könüllüləri"

"Ailə könüllüləri"

8 aprel 2024 16:54

Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi barədə Sərəncamına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə Könüllüləri” layihəsinə start verilmişdir. Layihənin məqsədi ailə dəyərlərinin və milli-mənəvi irsin təbliği, sağlam həyat tərzinin təşviqi, ailələrin sosial, psixoloji və mənəvi rifahına dəstək göstərmək, eləcə də könüllülük fəaliyyətini ailə institutu üzərindən gücləndirməkdir.

Layihə çərçivəsində Azərbaycanın 37 rayonundan 47 ailə könüllü kimi fəaliyyət göstərmiş, ümumilikdə 302 ailəyə mənəvi və psixo-sosial dəstək göstərilmişdir. Könüllülər şəhid və qazi ailələrini, tənha və ahıl şəxsləri, aztəminatlı və himayəsiz uşaqları ziyarət edərək onlara sosial dəstək göstərmişlər. Komitə ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən xeyriyyə layihəsində könüllülər bayram günlərində tənha və ahıllara baş çəkmiş, onları sovqatlarla sevindirmiş və gündəlik ehtiyaclarının qarşılanmasında kömək göstərmişlər.

Layihənin uğurlu nəticələri nəzərə alınaraq “Ailə Könüllüləri” 2021-ci ildə Komitə tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Könüllülük hərəkatının davamı kimi 28 oktyabr 2025-ci ildə “Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilmiş, burada könüllülük mədəniyyəti, ailədaxili münasibətlərdə ünsiyyət, sosial dəstək mexanizmləri və çətin həyat şəraitində olan ailələrlə iş mövzularında müzakirələr aparılmış, iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Bu layihə ailə institutunun möhkəmləndirilməsi, sosial həmrəyliyin təşviqi və könüllülük mədəniyyətinin formalaşması istiqamətində mühüm təşəbbüslərdən biridir.