Media
Press relizlər
“Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu mövzusunda konfrans keçiriləcək
Paylaş:
2 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Bakı şəhərinin bütün rayonlarından yerli icra hakimiyyəti orqanlarının Yetkinlik yaşına çatmayanlarla işin təşkili üzrə məsul katiblərin və psixoloqların, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektorların, məktəb direktorlarının və psixoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.
Tədbirdə uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi, habelə mövcud problemin koordinasiyalı həllinə nail olunması məqsədilə müzakirələr aparılacaq.
Konfrans zamanı Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış eyniadlı analitik hesabatın təqdimat mərasimi olacaq.