Media
Press relizlər
TDT-nin Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasim keçiriləcəkdir
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 12 iyun 2025-ci il tarixində saat 10:00-da “Four Seasons Baku” otelinin Segah zalında Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasim keçiriləcəkdir.
Mərasimdə türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən film nümayiş etdiriləcəkdir.
Daha sonra saat 11:00-da “Gənc Ailə Forumu” (Segah zalı) və Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası öz işini davam etdirəcəkdir. (Rast zalı)
Tədbirlər çərçivəsində TDT-yə üzv dövlətlərin ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlikləri tərəfindən həmin ölkələrin milli mədəniyyətini əks etdirən atributlardan, geyimlərdən milli mətbəx nümunələrindən və ailə fotoşəkillərindən ibarət sərgi təşkil ediləcəkdir.
Saat 16:00-da baş tutacaq bağlanış mərasimində rəsmilərin yekun nitqləri dinləniləcək, eyni zamanda milli irsimizə xas olan geyim nümunələri nümayiş etdiriləcəkdir.
Tədbirlər türkdilli dövlətlərin musiqi nömrələrinin ifası ilə yekunlaşacaqdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi