Media
Press relizlər
“Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminəhəmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və genderbərabərliyi” mövzusunda konfrans keçiriləcək.
Dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri eləcə də tələbələrin iştirak edəcəyi konfrans çərçivəsində panel sessiya təşkil olunub. Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirə ediləcək.