Media
Press relizlər
SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun iclası keçiriləcək: Rəqəmsal və yaşıl iqtisadiyyatda qadınların imkanları müzakirə olunacaq
Paylaş:
16 sentyabr 2026-cı il tarixində BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Tematik İşçi Qrupunun "Rəqəmsal və yaşıl iqtisadiyyat kontekstində qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi" mövzusunda növbəti onlayn iclası keçiriləcək.
Tədbirdə SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun bir neçə ildirki sədrlik edən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edəcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi