Media
Press relizlər
Qohumlar arasında nikahlarla bağlı ictimai müzakirə keçiriləcək
Paylaş:
12 mart 2024-cü il tarixində, saat 11:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və “Xalq” qəzetinin birgə təşkilatçılığı ilə Sosial Tədqiqatlar Mərkəzinin inzibati binasında qohumlar arasında nikahlarla bağlı ictimai müzakirə keçiriləcək.
Tədbirdə təşkilatçı qurumların rəhbərləri, millət vəkilləri, dövlət orqanlarının (qurumlarının) və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir.