Media

Press relizlər

“Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində Yeri” adlı konfrans keçiriləcək

24 fevral 2025 10:39

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qərbi Azərbaycan İcmasının birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi Yurd və Ərazinin Milli Kimlik Məsələlərində Yeri” adlı konfrans keçiriləcək.            

Dövlət qurumlarının nümayəndələrinin, Qərbi Azərbaycandan olan ziyalıların, eləcə də uşaq və gənclərin iştirakı ilə keçirilən konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqında məlumatlandırmaqdır.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Gənclər Şurasının sədri Şahin İsmayılov, həmçinin uşaqlar və gənclər iştirak edəcək.

Konfrans 25 fevral 2025-ci il tarixində, saat 16:00-da Qərbi Azərbaycan İcmasının inzibati binasında təşkil olunacaq.